Allergik rinit. Rinolight işıqla müalicə.

Allergik rinit haqqında hər kəsin bilməli olduğu əsas məlumatlar.
Rinolight-işıq ilə müalicə Türkiyədə, Avropa ölkələrində geniş istifadə olunan bir müalicə metodudur.Hamilələrə belə əks göstəriş deyildir.
Hər kəsin bilməli olduğu digər məqam burun içərisində əyrilik, adenoid ,polip və s.bu kimi maneələr olduqda müalicə tam arzuolunan nəticəni vermir. Odur ki, ALLERGİK RİNİT olan pasiyentlərin endoskopik burun müayinəsindən keçməsi məsləhətdir.Hətta bəzən illərlə allergiyadan lazımsız yerə müalicə almış pasiyentləri görürük.Burun arakəsməsi (burun çəpəri) əyri olan pasiyentlər olub ki, burun arakəsməsi düzəldildikdən sonra gəlib sevinərək allergiyanın da keçdiyini söyləyirlər.Demək ki, allergik rinit diaqnozu düzgün qoyulmamışımış.ALLERGİK RİNİT və ALLERGİYA diaqnozu qoymaq üçün allergen adlanan yad agent müəyyən olunmalıdır.Belə bir agentə qarşı həssaslıq olduğu zaman ALLERGİYA diaqnozu təyin oluna bilər.Qalan hallarda Lor həkimi və Allerqoloq birlikdə konsultasiya edib düzgün diaqnoz qoyub sonra MÜALİCƏ taktikası seçilməlidir.
Sizdə də belə bir problem varmı?